İşlə təmin edilməmiş köçkünlərə orta əmək haqlarının verilməsinin dayandırılmasına aydınlıq gətirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İşlə təmin edilməmiş köçkünlərə orta əmək haqlarının verilməsinin dayandırılmasına aydınlıq gətirilib

14:46 - 22 / 11 / 2017
İşlə təmin edilməmiş köçkünlərə orta əmək haqlarının verilməsinin dayandırılmasına aydınlıq gətirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işlə təmin edilməmiş məcburi köçkünlərə orta əmək haqlarının verilməsinin dayandırılmasına aydınlıq gətirib.

1news.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən 10 may 1994-cü il tarixdə “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 181 nömrəli qərar qəbul edilib.

Həmin qərarın 2-ci bəndində göstərilir ki, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 1 sentyabr 1994-cü il tarixədək orta əmək haqlarının verilməsini təmin etsinlər. Sonraki illərdə Nazirlər Kabinetinin müvafiq qərarları ilə yuxarıda göstərilən qərarın icra müddəti hər il nəzərdə tutulan vaxtadək uzadılıb və beləliklə dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və heç bir yerdə işləməyən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqı 1 yanvar 2017-ci il tarixədək verilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi nəzərə çatdırır ki, cari ildə də Komitə tərəfindən həmin qərarın müddətinin uzadılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə hərtərəfli müzakirələr aparılıb, lakin qərarın müddətinin uzadılması məqsədəuyğun hesab edilməyib.  Ona görə də 2017-ci il 1 yanvar tarixdən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqının verilməsi dayandırılıb. Həmçinin bildirilib ki, məcburi köçkünlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəlmək və ya sosial yardım almaq üçün müraciət etsinlər.

S.Xankişiyeva

 

Paylaş:
730

Son xəbərlər

Bu gün Bakının bu rayonlarında qaz olmayacaqBu gün, 09:23Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşübBu gün, 09:13Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidirBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM02 / 05 / 2024, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb02 / 05 / 2024, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq02 / 05 / 2024, 15:24
Bütün xəbərlər