“Qarabağ” “Çelsi”yə qarşı  | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” “Çelsi”yə qarşı 

15:14 - 22 / 11 / 2017
“Qarabağ” “Çelsi”yə qarşı 

Bu gün Çempionlar Liqasında V turun növbəti oyunları keçiriləcək.

1news.az-ın məlumatına görə, ölkəmizi qitənin ən mötəbər klub turnirində təmsil edən “Qarabağ” klubu da meydana çıxacaq.

C qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri son ev matçında İngiltərənin adlı-sanlı klublarından olan “Çelsi”sini qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir.

Belə ki, “Qarabağ” güclü rəqibində xal alacağı təqdirdə 1/8 finala çıxmaq üçün nəzəri şanslarını saxlamaqla yanaşı, Avropa Liqasında oynamaq şansını da qoruyacaq.

“Çelsi” isə qalib gələcəyi təqdirdə növbəti mərhələyə çıxmaq şansını xeyli artırmış olacaq.

 

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

22 noyabr, C qrupu

 

21:00. “Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə)

Baş hakim: Manuel De Souza

Baş hakimin köməkçiləri: Alvaro Meskuita, Rikardo Santos

Dördüncü hakim: Nuno Pereyra

Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya)

Bakı Olimpiya Stadionu

 

1

Roma

4

2

2

0

8-4

8

2

Çelsi

4

2

1

1

11-7

7

3

Atletiko

4

0

3

1

2-3

3

4

Qarabağ

4

0

2

2

2-9

2

 

1news.az

Paylaş:
744

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər