Ölkəyə mobil telefon keçirmək istədi, ələ keçdi
Mobil telefonların qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 2ədəd “Samsung Galaxy J3” və 1 ədəd “Samsung Galaxy J3 Pro” markalı mobil telefonlar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
1news.az
672