Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli sayda yaralı var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli sayda yaralı var

10:20 - 22 / 11 / 2017
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli sayda yaralı var

Bakı-Qazax magistral yolunun 16-cı kilometrliyində, paytaxtın Qaradağ rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, avtoqəza zamanı 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, 149 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu sərnişinlərin düşməsi üçün yolun kənarında dayanıb. Bu vaxt eyni istiqamətlə hərəkət edən “Howo” markalı yük maşını arxadan avtobusa çırpılıb.

Nəticədə avtobusda olan sərnişinlərdən 10 nəfəri xəsarət alıb. Yaralılar 1 saylı Xəstəxanaya çatdırılıb. Onlardan 2 nəfəri evə buraxılsa da, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.

Yol qəzasının təfərrüatlarını Baş Dövlət Yol Polisi İdarəsinin istintaqçıları araşdırır.

1news.az

Paylaş:
760

Son xəbərlər

Bütün xəbərlər