Azərbaycanla sərhəddə atışma - Ölən və yaralananlar var
Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub.
1news.az “RİA Novosti”yə istinadən xəbər verrir ki, hadisə nəticəsində 2 nəfər ölüb. Bu barədə rayon administrasiyasının rəhbəri Fərid Əhmədov bildirib.
Onun sözlərinə görə, ölənlərdən biri rayon şurasının deputatıdır.
Məlumata görə, insident nəticəsində daha 3 nəfər yaralanaraq Dərbənd şəhər xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta ağırdır.
Atəş açan şəxslərdən biri saxlanılıb, ikisi isə hadisə yerindən qaçıb. Münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir.
1news.az
799