Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turnirinə start verilib

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş V mini-futbol turnirinə start verilib.
1news.az xəbər verir ki, turnirdə Azərbaycanın 40 dövlət qurumunun komandaları iştirak edir.
Turnirin açılış mərasimi Bakı Tennis Akademiyasında keçirilib. Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Mini-Futbol Federasiyasının rəhbər şəxsləri, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Komandalar meydana dəvət edildikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. İştirakçılar Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Fərid Qayıbov turnirin artıq beşinci dəfə keçirildiyini xatırladaraq iştirak edən bütün qurumlara təşəkkür edib.
Azərbaycan Mini-Futbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov isə komandalara uğurlar arzulayıb.
Turnir 2027-ci ilin may ayında başa çatacaq.











