Şenol Günəşdən Qurban Qurbanova hədiyyə - FOTO
İstanbulun “Beşiktaş” futbol klubunun baş məşqçisi Şenol Güneş UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ”-“Çelsi” oyununa baxıb.
1news.az xəbər verir ki, oyundan əvvəl Ş.Güneş və klubun direktoru Əli Naibi “Qarabağ”ın futbolçuları və komandanın rəhbərliyi ilə görüşüblər.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilə görüşdən sonra Ş.Güneş ona üzərində “Beşiktaş” futbolçularının imzaları olan Pepenin formasını hədiyyə edib. Q.Qurbanov isə qonağa üzərində Şenol Günəşin adı yazılan 1 nömrəli formanı təqdim edib.
Sonra Ş.Günəş “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl ilə birlikdə oyunu izləyib.
Qeyd edək ki, “Beşiktaş” rəsmiləri Bakıya “Qarabağ” klubuna dəstək olmaq üçün gəliblər.
1news.az