"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə Qubada təlimlər keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə Qubada təlimlər keçirilib

12:27 - 23 / 11 / 2017
"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə Qubada təlimlər keçirilib

BMT-nin İnkişaf Proqramı, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə Quba şəhərində “Elektron hökumət və elektron iştirak imkanlarının təkmilləşdirilməsi”, “Vikipediya”nın idarə olunması”na həsr olunan təlimlər keçirilib.

İctimai Birlikdən 1news.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunan təlimlərdə e-hökumət və e-iştirak infrastrukturu, “Elektron hökumət” portalı (e-gov.az), portalın vətəndaşlara təqdim etdiyi xidmətlər, portaldan istifadə qaydaları, elektron imza, elektron sənəd haqqında nəzəri və praktik biliklər aşılanıb. E-hökumət və e-iştirak konsepsiyalarının qlobal inkişaf tendensiyaları, dövlətin şəffaf idarə edilməsində İKT-dən daha səmərəli istifadə, internet təhlükəsizliyi kimi məsələlər müzakirə edilib. İştirakçılara real iş rejimində “Elektron hökumət” portalı (e-gov.az) üzrə praktik bacarıqlarını artırmaq, habelə elektron imza və elektron sənəd haqqında məlumatlar verilib.

Təlim kursu innovativ texnologiyaların tətbiqi ilə biznesin inkişaf yollarını araşdırmaq, bununla bağlı yerli mütəxəssislərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsi aparmaq baxımından yeni imkanlar yaradır, daha səmərəli regional sosial-iqtisadi inkişafa dəstək göstərir.

BMT-nin İnkişaf Proqramında layihə üzrə ekspert Barat Talıbov “Elektron hökumət”in müasir dövrün ən aktual məsələlərindən biri olduğunu bildirib. Qeyd edib ki, e-hökumətin yaşı 15-20 il olsa da, Azərbaycan bu sahədə xeyli iş görüb. O, e-hökumət portalını, elektron imzanı, müxtəlif dövlət qurumlarının göstərdiyi elektron xidmətləri misal olaraq göstərib. B.Talıbov layihə çərçivəsində regionlarda təlimlərin bu il noyabrın 3-də Gəncədən başladığını bildirib. Qubada təşkil olunan təlimin də təcrübə mübadiləsi baxımından zəngin olacağını qeyd edib.

“Regional İnkişaf” İctimai Birliyinin könüllülərlə iş, layihələr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qənbərov bildirib ki, RİİB-in əsas fəaliyyət istiqamətlərindən biri vətəndaşlarla dövlət qurumları arasında dialoqun gücləndirilməsinə dəstək olmaqdır. Regionlarda e-hökumət sahəsində çalışan əməkdaşlar və gənclər üçün təşkil olunan bu təlimlər də dövlət qurumları və vətəndaş arasında elektron əlaqələrin təkmilləşdirilməsini, kadrların yüksək ixtisaslaşmasını və ölkəmizin internet məkanında mövqelərinin gücləndirilməsində gənclərin rolunun artırılmasını hədəf götürüb.

“Vikipediya”nın idarə olunmasına dair təlimdə isə regionun turizm marşrutları, tarixi və mədəniyyət abidələrinin “Vikipediya”da təbliği, eyni zamanda gənclərin bu platformada işləmə vərdişlərinin artırılması məsələləri müzakirə edilib. Azərbaycanda “Vikipediya” könüllülük hərəkatını dəstəkləmək və onun əhatəsini genişləndirmək məqsədini aşılayan təlimdə iştirakçılara, həmçinin bu qlobal informasiya resursunda məqalələrin yerləşdirilməsinə dair məlumatlar verilib.

İştirakçılara “Vikipediyaçının köməkçisi”, “Elektron Azərbaycan” adlı maarifləndirici nəşrlər və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin sertifikatları təqdim edilib.

Bu cür təlimlərin Qəbələ, Bərdə, Şirvan, Lənkəran və digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.

1news.az 

 

Paylaş:
547

Son xəbərlər

Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklərBu gün, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTOBu gün, 15:25“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcəkBu gün, 15:23Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıbBu gün, 15:22FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 15:07Mustafa Qurbanlı: SOCAR-ın məqsədi Milli Enerji Şirkəti olmaqdıBu gün, 14:50AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edibBu gün, 14:32“Yango” Azərbaycanın taksi parklarına avtomobillərini yeniləməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkBu gün, 14:24Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 14:01SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 13:49Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”Bu gün, 13:37Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar varBu gün, 13:26Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES - 2024” təlimi davam edir - FOTOBu gün, 12:28STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıbBu gün, 12:19
Bütün xəbərlər