Azərbaycanlı müğənninin 10 minlik ayaqqabısı – FOTO – VİDEO
Ötən gün Zaur Kamalın aparıcılıq etdiyi “5-də 5” verilişində maraqlı anlar yaşanıb.
1news.az-ın a24.az-a istinadən verdiyi xəbərə görə, proqramın qonaqlarından biri də gənc ifaçı Orxan Babazadə canlı yayıma qızıl ayaqqabı geyinərək gəlib.
Onun belə bir addım atması hər kəsin, xüsusilə Zaur Kamalın təəccübünə səbəb olub. Zaur qonağı səhnəyə dəvət edərək ayaqqabısında qızıl işləmələrin olduğunu bildirib:
“Qızı ayaqqabı geyinirmiş, gizlədib. Üztünün qaşı və arxasında bəzəklər qızıldır. Buna 10 min dollar verib”.
Sonra ayaqqabını ayağına geyinən Zaur “Buna 300 manat da vermərəm. Bunu nə ağılla alıb?”- deyə bildirib.
Qeyd edək ki, Orxan dəfələrlə mətbuatda villası, maşını ilə gündəmə gəlib. İfaçının atası Baba Babazadə bizneslə məşğul olur, iş adamıdır.
1news.az