Toyda qonaqların telefonun oğurladı, polis saxladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Toyda qonaqların telefonun oğurladı, polis saxladı

1news Redaksiyası14:04 - Bu gün
Toyda qonaqların telefonun oğurladı, polis saxladı

Nizami rayonunda iki nəfərə məxsus mobil telefonların oğurlanması barədə polisə məlumat daxil olub.

1news.az-ın məlumatına görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən, əvvəllər məhkum olunan M.Rəhmanov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, M. Rəhmanov rayon ərazisində yerləşən restoranlarda keçirilən toy məclislərinə daxil olaraq qonaqların mobil telefonlarını oğurlayıb. O, məclislərdə iştirak edən şəxslərlə heç bir tanışlığı olmadığı halda restoranlara daxil olub, masaların ətrafında gəzərək qonaqları müşahidə edib. Məclis iştirakçılarından hər hansı biri rəqs etmək üçün masadan uzaqlaşdıqda isə masanın üzərindəki mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb.

Araşdırma zamanı onun iki nəfərə məxsus, ümumi dəyəri 3300 manat olan mobil telefonları oğurladığı, daha sonra hər iki telefonu ümumilikdə 710 manata satdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. M. Rəhmanov məhkəmənin qərarı ilə həbs edilib.

Paylaş:
110

Son xəbərlər

Bütün xəbərlər