Atəşkəs dövründə 14 uşaq erməni terroru nəticəsində həlak olub, 20-si yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Atəşkəs dövründə 14 uşaq erməni terroru nəticəsində həlak olub, 20-si yaralanıb

11:41 - 24 / 11 / 2017
Atəşkəs dövründə 14 uşaq erməni terroru nəticəsində həlak olub, 20-si yaralanıb

"Azərbaycanaın qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Bu milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan verib”.

1news.az xəbər verir ki,  bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova YAP-ın saytına müsahibəsində deyib.  

O vurğulayıb ki, Azərbaycan hökuməti  bu sənəddən beynəlxalq tribuna kimi istifadə edərək, ilk dəfə  Ermənistanın ərazimizə təcavüz etməsi, üç yüz mindən artıq qaçqın və məcburi köçkün düşmüş uşaqlar haqqında  məlumatları dünya ictimaiyyətinə çatdırıb.

Komitə sədri bildirib ki, bu hərbi münaqişə zamanı Azərbaycandan 175 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir.

"Dövlətimiz münaqişə müddətində 214 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub, 66 uşaq itkin düşüb, 29 uşaq isə hələ də girovluqdadır. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edib və bu dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si yaralanıb".

1news.az

Paylaş:
815

Son xəbərlər

Bütün xəbərlər