Azərbaycanlı kişiləri təhqir edən Pərvin sərt tənqid olunub – FOTO
Tez-tez qalmaqallarla gündəmə gələn aktrisa Pərvin Abıyeva Hurriyet-ə verdiyi müsahibəsində azərbaycanlı kişiləri təhqir edib.
1news.az-ın verdiyi xəbərə görə, aktrisa sevgili olduğu deyilən türkiyəli müğənni Rafet El Romanla bağlı suala belə cavab verib:
“O, çox romantikdir. Bilmirəm mənə elə gəlir, amma ümumi mənada sevimli görünüşü var. Bizim Azərbaycan kişiləri belə deyil...Onlar biraz kobud və köhnə fikirlidirlər. Türkiyə kişiləri qədər romantik deyillər”.
Aktrisanın bu müsahibəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, onun kişilərlə bağlı dedikləri sərt tənqid olunub.
Lakin, P.Abıyeva Instagram sosial şəbəkəsində tənqidlərə növbəti dəfə təhqirlə cavab verib:
“Nədi, yenə daş düşüb bəzilərinin başına? Demişəm, yaxşı etmişəm. Nə gözləyirdiniz, yalan deyim ki, yaxşısınız? Söydüyünüz söyüşlər də əzizlərinizə getsin”.
S.Xankişiyeva