Messini transfer etmək istəyən klub “Barselona”ya 700 milyon avro ödəməli olacaq | 1news.az | Xəbərlər
İdman

Messini transfer etmək istəyən klub “Barselona”ya 700 milyon avro ödəməli olacaq

18:05 - 25 / 11 / 2017
Messini transfer etmək istəyən klub “Barselona”ya 700 milyon avro ödəməli olacaq

Argentinalı hücumçu Lionel Messi İspaniyanın “Barselona” klubu ilə yeni müqavilə imzalayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə klubun rəsmi saytında məlumat verilir.

Razılıq 2021-ci ilə qədər qüvvədə olacaq. Yeni müqaviləyə əsasən, Messini transfer etmək istəyən klub “Barselona”ya 700 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, 13 ildir “Barselona” forması geyinən Messi 602 oyunda 523 qola imza atıb və 30 titul qazanıb. Komanda ilə birlikdə o, beş dəfə İspaniya Kubokunu qazanıb,  səkkiz dəfə İspaniya çempionatının və dörd dəfə Çempionlar Liqasının qalibi olub.

S.Xankişiyeva

 

 

Paylaş:
975

Son xəbərlər

Bütün xəbərlər