Daha bir marşrut avtobusunda pulsuz “Wi-Fi” xidməti işə düşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir marşrut avtobusunda pulsuz “Wi-Fi” xidməti işə düşəcək

15:00 - 27 / 11 / 2017
Daha bir marşrut avtobusunda pulsuz “Wi-Fi” xidməti işə düşəcək

2018-ci ilin yanvarından “Xaliq Faiqoğlu” nəqliyyat şirkətinə məxsus 61 nömrəli marşrutla hərəkət edən avtobuslarda pulsuz “Wi-Fi” xidməti işə salınacaq.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə şirkətdən məlumat verilib.

Məlumatda qeyd olunub ki, hazırda 18 və 65 saylı marşrutlarda “Wi-Fi” təqdim olunur.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti Bakıda 13 marşrut üzrə sərnişin daşımaları həyata keçirir.

S.Xankişiyeva

 

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər