Britaniya şahzadəsi aktrisa ilə nişanlandı | 1news.az | Xəbərlər
Dünya

Britaniya şahzadəsi aktrisa ilə nişanlandı

17:32 - 27 / 11 / 2017
Britaniya şahzadəsi aktrisa ilə nişanlandı

Britaniya şahzadəsi Harri aktrisa sevgilisi Meqan Markl ilə nişanlanıb.

1news.az-ın Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə Kensington sarayının rəsmi Twitter hesabında məlumat verilib:

 “Toy 2018-ci ilin yazına planlaşdırılıb. Toyla bağlı digər məlumatlar müvafiq qaydada diqqətə çatdırılacaq”.

Həmçinin məlumatda bildirilir ki, rəsmi nişan mərasimi bu ayın əvvəlində baş tutub.

Qeyd edək ki, 36 yaşlı amerikalı aktrisa Meqan Markl daha əvvəl kinorejissor Trevor Enqelsonla evli olub, lakin 2013-cü ildə cütlük boşanıb.

S.Xankişiyeva

Paylaş:
679

Son xəbərlər

Bütün xəbərlər