Nazir Azad Rəhimov BƏƏ-də bir sıra görüşlər keçirib
Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) Vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlıdığı dəvətə əsasən Azərbaycanı BƏƏ-nin paytaxtı Abu Dabidə keçirilən Formula 1 yarışlarının finalında gənclər və idman naziri Azad Rəhimov təmsil edib.
Bu barədə 1news.az-a ölkəmizin BƏƏ-dəki səfirliyindən məlumat verilib.
Tədbir çərçivəsində A. Rəhimov BƏƏ-nin Vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyanla görüşüb. Nazir Azərbaycan Pezidenti İlham Əliyevin salamlarını və dəvətə görə təşəkkürünü Şeyx Məhəmmədə çatdırıb. Şeyx Məhəmməd öz növbəsində tədbirdə iştiraka görə minnətdarlıq ifadə edərək salamlarını Azərbaycan Prezidentinə yetirməyi xahiş edib.
Azad Rəhimov həmçinin BƏƏ xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla bin Zayed əl Nəhyan və tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək əl Nəhyan, Böyük Britaniya Krallığının şahzadəsi şahzadə Endrü, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov və Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovla da görüşüb.
Tədbirdə və görüşlərdə Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov da iştirak edib.
P.Sultanova