ABB şirkəti Bakı Ali Neft Məktəbində Təlim Mərkəzi açıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ABB şirkəti Bakı Ali Neft Məktəbində Təlim Mərkəzi açıb – FOTO

09:51 - 27 / 11 / 2017
ABB şirkəti Bakı Ali Neft Məktəbində Təlim Mərkəzi açıb – FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) may ayının 1-də Prezident İlham Əliyev tərəfindən açılan kampusunda daha bir transmilli şirkətin Təlim Mərkəzinin açılış mərasimi oldu.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, tədbirdə SOCAR, ABB, Britaniya səfirliyi, ALE Heavylift, Aggreko, Avanteq Ltd, Eigen, Expro Group, Glacier Energy Services Ltd, Fluor, International Oilfield Supply Company, Shawcor UK Ltd, WorleyParsons, DIT London və digər şirkətlərin nümayəndələri iştirak edib.

Tədbiri öz çıxışı ilə ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov açıb, qonaqları salamlayaraq BANM və ABB şirkətinin əməkdaşlığından, eləcə də ABB-nin Azərbaycandakı fəaliyətindən danışıb.

Daha sonra  Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts çıxış edib, iki ölkə arasında təhsil sahəsində yaranmış davamlı münasibətlərdən danışaraq BANM və Heriot-Vatt universitetlərinin mühəndis hazırlığı üzrə birgə əməkdaşlıqlarının buna ən gözəl nümunə olduğunu bildirib.  

Tədbirdə həmçinin SOCAR-ın Geologiya  və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov çıxış edib və BANM-in Azərbaycanın neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan ən uğurlu addım olduğunu bildirərək SOCAR ailəsinin BANM-lə fəxr etdiyini bildirib.

BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov Ali Məktəbin rektoru adından qonaqları salamlayıb, BANM-in fəaliyyəti haqda qısa məruzə edib və ABB şirkətinin ölkə üzrə rəhbəri Rüstəm Qasımova BANM-ə verdiyi önəm və burada təhsilin dəstəyi üçün əvəzsiz köməyi üçün dərin təşəkkürünü bildirib.

Tədbirin rəsmi hissərinin sonunda Rüstəm Qasımov və xanım səfir Kerol Krofts BANM-in 15 tələbəsini ABB şirkətində keçdikləri təcrübəyə görə setifikatla təltif ediblər.

Daha sonra qonaqlar ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzini gəzərək burada yaradılan şəraitlə tanış olublar. Təlim Mərkəzində tələbələr və müəllimlər üçün ABB şirkətinin texnologiyalarının tətbiqi əsasında təlimlərin keçirilməsi və tədqiqatların aparılması nəzərdə tutulub.

S.Xankişiyeva

 

           

 

 

Paylaş:
678

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər