Azərbaycan Əfqanıstandakı sülhməramlılarının sayını artıracaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Əfqanıstandakı sülhməramlılarının sayını artıracaq

11:56 - 27 / 11 / 2017
Azərbaycan Əfqanıstandakı sülhməramlılarının sayını artıracaq

“Azərbaycan Prezidenti NATO-nun Brüsseldə keçirilən iclasında Azərbaycanın Əfqanıstanda öz sülhməramlılarının sayını artıracağını bildirdi. Bu çox gözəl xəbərdir”.

1news.az-ın məlumatına görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xalili deyib. Səfir bildirib ki, bu tək Əfqanıstanın deyil, bütün regionun marağında olan məsələdir:

“Azərbaycan yalnız Əfqanıstanda deyil, bütün dünyada sülhün bərqərar olmasında maraqlıdır”.

İki ölkə arasında münasibətlərə toxunan M.T.Xalili bildirib ki, Azərbaycanla Əfqanıstan arasında iqtisadi sahədə əməkdaşlıq üzrə işçi qrup yaradılacaq. Onun sözlərinə görə, işçi qrupun yaradılmasına dair sənəd Prezident Qaninin Bakıya səfəri zamanı imzalanacaq.

“Gələn ilin əvvəlində bu qrupun ilk birgə iclasının keçirilməsi planlaşdırılır”- deyə, səfir əlavə edib.

P.Sultanova

Paylaş:
665

Son xəbərlər

Bütün xəbərlər