Heyvanları incidənlərə qarşı sərt cəzalar tətbiq olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Heyvanları incidənlərə qarşı sərt cəzalar tətbiq olunacaq

17:53 - 28 / 11 / 2017
Heyvanları incidənlərə qarşı sərt cəzalar tətbiq olunacaq

“Azərbaycanda heyvanlara qarşı münasibət dözülməz hal alıb. Buna görə qanunvericiliyə sərt cəzalar əlavə ediləcək”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Eldar İbrahimovdeyib.

O qeyd edib ki, bununla bağlı həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə müvafiq əlavələr nəzərdə tutulub:

“Biz bunu hazırlayacağıq. Çünki ölkədə istər vəhşi, istərsə də ev heyvanlarına qarşı çox vəhşi münasibət yaranıb. Bu isə yolverilməzdir. Heyvanlara xüsusi diqqət lazımdır”.

1news.az

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər