İki nəfəri bıçaqlayıb qaçan keçmiş məhbus ələ keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

İki nəfəri bıçaqlayıb qaçan keçmiş məhbus ələ keçdi

19:56 - 28 / 11 / 2017
İki nəfəri bıçaqlayıb qaçan keçmiş məhbus ələ keçdi

Polis əməkdaşları iki nəfərə bıçaqla xəsarət yetirən şəxsi saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da Ümid Abbaszadəyə və Rəşid Əhmədzadəyə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldost Ələkbərov saxlanılıb.

1news.az

Paylaş:
871

Son xəbərlər

Bütün xəbərlər