Heç nəyi bacarmayan smartfon təqdim olunub – FOTO
Mütəxəssislər öyrəniblər ki, smartfona sahib olmaq zövqü təkcə onun rəqəmsal özəllikləri ilə bağlı deyil.
1news.az-ın technote.az-a istinadla verdiyi xəbərə görə, onların fikrincə smartfona toxuna bilmək imkanı, onu əldə hiss etmək, müxtəlif istiqamətlərə çevirmək zövq almağın bir hissəsidir. Məhz bu cür hallar üçün Substitute Phone (Smartfon əvəzləyici) adlı cihaz hazırlanıb.
O, əsl smartfondan istifadəni imitasiya etmək üçün yaradılıb. Substitute Phone faktiki olaraq yüksək keyfiyyətli plastikdən hazırlanıb və daxili hissəsində daş materialdan hazırlanmış kiçik kürələrdən ibarətdir. Həmin kürələri fırladaraq əsl smartfondan istifadə jestlərini imitasiya etmək olar. Kürələr fırlanaraq istifadəçiyə zövq verir və onun barmaqlarını ovuşdurur.
“Sinir sistemini sakitləşdirən bu imitasiyaedici cihaz, smartfondan istifadənin narkotik asılılığa çevrilmiş insanlar üçün yardımçı vasitə ola bilər. Bu cihaz bir növ terapevtik effekt yaradır” – deyə cihazın yaradıcısı bildirib.
Bundan əlavə olaraq o qeyd edib ki, bu cihazın hazırlanmasında o təkcə heç bir səbəb olmadan tez-tez smartfona baxmaq, onu əldə o yan bu yana fırlatmaq və s. kimi arzulardan deyil, həm də məşhur yazıçı Umberto Eco-nun təcrübəsindən də ilhamlanıb. Belə ki, Umberto Eco tənbəkə çəkmək vərdişini, onu taxta əşya ilə əvəz edərək tərgidib.
S.Xankişiyeva