ANAMA Cocuq Mərcanlıda apardığı əməliyyatla bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA Cocuq Mərcanlıda apardığı əməliyyatla bağlı məlumat yayıb

09:14 - 29 / 11 / 2017
ANAMA Cocuq Mərcanlıda apardığı əməliyyatla bağlı məlumat yayıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, noyabrın 28-də gün ərzində  56 995 kv.m (5.70 ha) ərazi tam təmizlənib, 20 200 kv.m (2.02 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 77 195 kv.m (7.72 ha)), 1 ədəd partlamamış hərbi sursat (TM-62 minasının gücləndiricisi) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

Cəmi 12 gün ərzində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilmiş, 300 230 kv.m (30.02 ha) ərazi tam təmizlənib, 86 900 kv.m (8.69 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi 387 130 kv.m (38.71 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

1news.az

Paylaş:
417

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər