“ASAN Viza” ispan dilində | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN Viza” ispan dilində

13:47 - 25 / 12 / 2017
“ASAN Viza” ispan dilində

“ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı aparılan tədbirlər çərçivəsində və Azərbaycana səfər etmək niyyətində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün “ASAN Viza” portalının daha rahat və əlçatan olması məqsədilə portalın müxtəlif dillərə tərcümə edilməsi işləri davam etdirilir.

1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, “ASAN Viza” portalının ispan dili versiyası da istifadəyə verilib. Beləliklə, hazırda portal 7 dildə (Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus) fəaliyyət göstərir.

Xatırladaq ki, “ASAN Viza” sistemi Azərbaycan Respublikasının 2016-cı il 1 iyun tarixli 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər standart elektron vizanı 3 iş günü, sürətləndirilmiş qaydada isə 3 saat ərzində 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) əldə edə bilər.

Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir. Fəaliyyətə başladığı gündən etibarən sistem vasitəsilə 265 mindən çox əcnəbiyə elektron viza verilib.

Həmçinin “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

Ətraflı məlumatı www.evisa.gov.az saytı vasitəsilə əldə etmək olar.

S.Xankişiyeva

 

Paylaş:
508

Son xəbərlər

Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:21DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.Bu gün, 10:58“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - NazirBu gün, 10:46İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunubBu gün, 10:44“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”Bu gün, 10:43Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdırBu gün, 10:29İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edibBu gün, 10:24Qızılın qiyməti 2 700 dollara yaxınlaşırBu gün, 10:15Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcəkBu gün, 10:00Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”Bu gün, 09:48AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:41Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 09:24Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstəribBu gün, 09:17Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21
Bütün xəbərlər