Bakı-Quba yolunun kənarında top mərmisi aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Quba yolunun kənarında top mərmisi aşkar edilib

18:23 - 26 / 12 / 2017
Bakı-Quba yolunun kənarında top mərmisi aşkar edilib

Bakı-Quba yolunun kənarında top mərmisi aşkar edilib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) 1news.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən agentliyin mütəxəssisləri tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən Bakı-Quba yolunun kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (PBR-412) aşkar edilərək  zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Həmin ərazidə bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

1news.az

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər