Pirotexniki vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirotexniki vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınıb

19:54 - 26 / 12 / 2017
Pirotexniki vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınıb

Gömrükçülər qanunsuz yolla pirotexniki vasitələrin ölkəyə gətirilməsinin qarşısını alıblar.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin “Mazımçay” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi “Kia Sorento” markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Gömrük baxışı zamanı avtomobildən gömrük orqanına bəyan olunmayan 899 ədəd müxtəlif markalı pirotexniki vasitələr - petardalar və fişənglər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
809

Son xəbərlər

Bütün xəbərlər