Əli Həsənov: 2020-ci ildə Azərbaycanda bir yoxsul belə qalmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Həsənov: 2020-ci ildə Azərbaycanda bir yoxsul belə qalmayacaq

10:58 - 26 / 12 / 2017
Əli Həsənov: 2020-ci ildə Azərbaycanda bir yoxsul belə qalmayacaq

“2017-ci ildə istər iqtisadi, istər münaqişələr baxımından dünyada müşahidə olunan gərgin vəziyyətdə belə Azərbaycan inkişaf yolunu davam etdirib. İlimiz uğurla başa çatmaq üzrədir. Təbii ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın birgə fəaliyyəti və Azərbaycan hökuməti, ölkənin bütün kadr potensialının tam şəkildə prezidentin tapşırıqlarını yerinə yetirməsi sayəsində bu nailiyyətlərə nail olunub".

1news.az  APA-ya istinadla xəbər verir ki, bunu  baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, hələ 2008-ci ildə hökumətin hesabatında prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramını hazırlanması barədə tapşırıq verib: “Dövlət başçısı o vaxt dedi ki, neftin qiyməti nə vaxtsa düşə bilər. Prezident tapşırıq verdi ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramı hazırlansın. Hökumət bunu hazırladı və prezidentin rəhbərliyi altında qeyri-neft sektorunun inkişafı başladı. Fikir verin, neftin qiyməti düşdü, düzdür, müəyyən çalxalanmalar oldu, amma Azərbaycan öz iqtisadi stabilliyini itirmədi. Çünki qeyri-neft sektoru tədricən inkişaf etdi. Bu gün ümumdaxili məhsulun 60 faizdən çoxu qeyri-neft sektorunun payına düşür. Neftin qiyməti 3-4 dəfə düşdü, əgər prezident o zaman bunu etməsəydi, görün, biz nə vəziyyətə düşəcəkdik? İnşallah, 2 ildən sonra, 2020-ci ildə neftdən asılılıq sıfır vəziyyətində olacaq. Artıq o yerə gəlib çatırıq”.

Baş nazirin müavini prezident İlham Əliyev tərəfindən son 14 ildə Azərbaycanın inkişafının təmin olunduğunu qeyd edib: “2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaq. Prezidentin fəaliyyətində digər strateji istiqamət yoxsulluğun aradan qaldırılması ilə bağlıdır. Bu gün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq. Bu strateji istiqamətdə işlər uğurla icra olunur”.  

1news.az  

 

 

Paylaş:
648

Son xəbərlər

Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:21DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.Bu gün, 10:58“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - NazirBu gün, 10:46İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunubBu gün, 10:44“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”Bu gün, 10:43Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdırBu gün, 10:29İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edibBu gün, 10:24Qızılın qiyməti 2 700 dollara yaxınlaşırBu gün, 10:15Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcəkBu gün, 10:00Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”Bu gün, 09:48AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:41Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 09:24Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstəribBu gün, 09:17Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21
Bütün xəbərlər