Sabah hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

1news Redaksiyası16:40 - Bu gün
Sabah hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 25-i gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.

Paylaş:
28

Son xəbərlər

Bütün xəbərlər