Tbilisidəki Heydər Əliyev adına teatrın yeni binası üçün iki yerdə torpaq sahəsi nəzərdə tutulub
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının inşası üçün iki yerdə torpaq sahəsi nəzərdə tutulub.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın mədəniyyət və idman naziri Mixail Georqadze söyləyib.
Nazir bildirib ki, teatr üçün yeni bina tikilməlidir. Bu məqsədlə Tbilisinin mərkəzində, Azərbaycan səfirliyinə yaxın ərazidə iki torpaq sahəsi ayrılıb. SOCAR yeni binanın tikintisini öz üzərinə götürüb.
“Hazırda Azərbaycan tərəfi ilə bu istiqamətdə danışıqlar gedir. Düşünürəm ki, yaxın vaxtlarda torpaq sahəsi seçiləcək və tikintiyə başlanılacaq”, - deyə M.Georqadze vurğulayıb.
1news.az
579