Hava yağmursuz keçəcək, külək əsəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava yağmursuz keçəcək, külək əsəcək

13:31 - 27 / 12 / 2017
Hava yağmursuz keçəcək, külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabr ayının 28-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 10-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 28-də  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. 

Babək Cahandarov

Paylaş:
1066

Son xəbərlər

Bütün xəbərlər