Qeyri-qanuni miqrasiya ilə məşğul olan hindistanlılar ələ keçdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qeyri-qanuni miqrasiya ilə məşğul olan hindistanlılar ələ keçdi – FOTO

17:31 - 27 / 12 / 2017
Qeyri-qanuni miqrasiya ilə məşğul olan hindistanlılar ələ keçdi – FOTO

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan-Gürcüstan sərhədində bu fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə aşkarlanaraq zərərsizləşdirilib.

1news.az-ın DSX-nin saytına istinadən verdiyi xəbərə görə, 15.12.2017-ci il tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən  2 nəfər Hindistan vətəndaşı -  1993-cü il təvəllüdlü Shukla Sarkhar Jitendrakumar və 1995-ci il təvəllüdlü  Shukla Yash Jitendrakumar saxlanılıblar.

Fakt üzrə keçirilmiş  əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan əcnəbiləri əraziyə gətirmiş tak­si  sürücüsü və  bir qrup Gürcüstan vətəndaşları ilə əlbir olaraq onların sərhəddən keçiril­mə­si­nə bələdçilik edən 1999-cu il təvəllüdlü Bayramov Samir Ədil oğlu müəyyən­ləşdirilərək ya­xa­lanıb.

Bununla yanaşı 17.12.2017-ci il tarixdə Ağstafa rayonu “Böyük-Kəsik” sərhəd nəzarəti məntəqəsində Azərbaycandan Gürcüstana keçərkən Hindis­tan vətəndaşı 1995-ci il təvəllüdlü Singh Sukhvinder şübhəli şəxs qismində saxlanılıb, əşyalarına baxış zamanı üzərindən iki nəfər Pakistan İslam Respublikası və iki nəfər Hindistan vətəndaşına məxsus  pasportlar aşkar olunub.

Aparılmış araşdırma zamanı qeyd olunan Hindistan vətəndaşının da qeyri-leqal miqrasiya ilə məşğul olması müəyyən­ləşdirilib. 

Hazırda hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
866

Son xəbərlər

Bütün xəbərlər