Putin sənədlərini MSK-ya təqdim edib | 1news.az | Xəbərlər
Dünya

Putin sənədlərini MSK-ya təqdim edib

17:40 - 27 / 12 / 2017
Putin sənədlərini MSK-ya təqdim edib

Dekabrın 27-də Prezident Vladimir Putin dövlət başçısı postuna növbəti dəfə namizədliyini irəli sürmək üçün lazım olan sənədlər paketini Rusiya Mərkəzi Seçki Komissiyasına təqdim edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, MSK əməkdaşları Putindən prezidentliyə namizədliyinin irəli sürülməsi barədə razılıq ərizəsini, seçicilər qrupunun və onun səlahiyyətli nümayəndələrinin qeydiyyatı üçün sənədlərin təqdim olunması barədə bildirişi, seçicilər qrupunun qeydiyyatı üçün ərizəni, gəlirləri, əmlakı və xərcləri barədə məlumatı, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin qeydiyyatı üçün ərizəni, onun adına etibarnaməni və yazılı razılığını qəbul ediblər.

Sənədlərin təqdim olunması və qəbulu prosesi 6 dəqiqəyə yaxın çəkib.

MSK-nın mətbuat xidməti bütün sənədlərin maksimum beş gün müddətində mütləq qaydada qanun çərçivəsində yoxlamadan keçiriləcəyini bildirib. Bütün sənədlər qaydasında olsa, namizədə seçki kampaniyasının maliyyələşməsi üçün “Sberbank”da hesab açmaq hüququ veriləcək.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən, prezident seçkilərində namizədliyini irəli sürmək istəyən şəxs onu dəstəkləyən azı 300 min seçicinin – ölkənin hər bir subyekti üçün orada yaşayan 7,5 min seçicinin imzasını toplamalıdır.

S.Xankişiyeva

 

Paylaş:
651

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər