Zakir Həsənov cəbhəboyu zonadakı zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov cəbhəboyu zonadakı zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb – FOTO

12:04 - 27 / 12 / 2017
Zakir Həsənov cəbhəboyu zonadakı zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb – FOTO

Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank bölmələrində olublar.

1news.az-ın məlumatına görə, zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanlarını yoxlayan nazirə məruzə olunub ki, silahlanmada olan bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir.

Müdafiə naziri zirehli texnikalarda atış və sürücülük çalışmalarının öyrənilməsi üçün nəzərdə tutulmuş trenajor kompleksində təlim-məşq qurğularına baxış keçirib və mərkəzin tədris imkanlarını yüksək qiymətləndirib.

Bildirilib ki, təlim mərkəzində trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş tətbiqi üzrə praktiki vərdişlər təkmilləşdirilir.

Burada məşq edən şəxsi heyətlə görüşən general-polkovnik Z.Həsənov Ali Baş Komandanın bayram təbriklərini şəxsi heyətə çatdırıb və fərqlənənləri dövlət başçısı adından mükafatlandırıb.

1news.az

Paylaş:
698

Son xəbərlər

Bakıda Azərbaycan və Rusiya baş nazirləri arasında görüş olub - FOTO13 / 11 / 2024, 17:48Prezident Administrasiyasının rəhbəri Tokionun qubernatoru ilə görüşüb13 / 11 / 2024, 17:46İlham Əliyev Rusiya Hökumətinin Sədri ilə görüşüb13 / 11 / 2024, 17:42COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB13 / 11 / 2024, 17:34“Beynəlxalq Sıfır Emissiya Adaları Əməkdaşlığı” - Çinin COP29 pavilyonunda konfrans - FOTO13 / 11 / 2024, 17:28Dövlət başçısı İranın vitse-prezidenti ilə görüşüb13 / 11 / 2024, 17:24İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşüb13 / 11 / 2024, 17:17COP29-un ikinci günü üçün sərnişindaşıma sayı açıqlanıb13 / 11 / 2024, 17:05Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 16:38İlham Əliyev Ruanda Prezidenti ilə görüşüb13 / 11 / 2024, 16:35Rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA13 / 11 / 2024, 16:18Azərbaycan Prezidenti Konqo Prezidenti ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 16:10Dünyaca məşhur futbolçu Ronaldinyo COP29-da - FOTO13 / 11 / 2024, 15:58İlham Əliyev Toqo Prezidenti ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 15:32COP29 çərçivəsində “Silk Way Alat Free Economic Zone” şirkəti və ICAO arasında yaşıl hava limanı və karqo kəndinə dair strateji razılaşma imzalanıb13 / 11 / 2024, 15:17Sabahdan Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilir13 / 11 / 2024, 15:13Kamaləddin Qafarov: “Azərbaycan Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib”13 / 11 / 2024, 15:01Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və Asarel Energy arasında Birgə İnkişaf Sazişi” imzalanıb - YENİLƏNİB13 / 11 / 2024, 14:55İlham Əliyev və Şavkat Mirziyoyev videobağlantı vasitəsi ilə Xankəndidə tikiş fabrikinin açılışında iştirak ediblər - YENİLƏNİB13 / 11 / 2024, 14:43Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub - YENİLƏNİB13 / 11 / 2024, 14:40
Bütün xəbərlər