Cəlilabad sakini avtobusda arvadının yanında qətlə yetirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabad sakini avtobusda arvadının yanında qətlə yetirildi

14:06 - 28 / 12 / 2017
Cəlilabad sakini avtobusda arvadının yanında qətlə yetirildi

Cəlilabad rayonunda dəhşətli qətl törədilib. 

1news.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, dünən saat 14 radələrində rayon mərkəzindən Uzuntəpə kəndində gedən yolda hərəkətdə olan marşrut avtobusunda 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Əhməd oğlu həmyerlisi Rakif Hüseynovu bıçaqlayaraq öldürüb.

Hadisə qəfil baş verdiyindən avtobusdakı sərnişinlər müdaxilə edə bilməyib. Sürücü yaralını xəstəxanaya çatdırsa da, artıq gec olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 18 yaşlı Əvəz Həmzəyev polisə təslim olub.

Bildirilir ki, R.Hüseynov qətlə yetirilərkən avtobusda onun həyat yoldaşı da olub.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi açılıb, istintaq aparılır. 

1news.az

Paylaş:
653

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər