Daniel Alveş Bakıya gəlir | 1news.az | Xəbərlər
İdman

Daniel Alveş Bakıya gəlir

16:07 - 28 / 12 / 2017
Daniel Alveş Bakıya gəlir

PSJ-nin futbolçusu Dani Alveş Azərbaycana gəlir.

1news.az xəbər verir ki, bu barədə sabah.com.tr saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Braziliya millisinin müdafiəçisi “Hilton” oteldə təşkil ediləcək Yeni il tədbiri üçün Bakıya dəvət edilib. Ulduz futbolçu 2018-ci ili ölkəmizdə qarşılayacaq.

Dekabrın 31-də baş tutacaq şənliyin dəvətliləri arasında Türkiyənin məşhur siması - DJ Faruk Sabancı da var. O, bir gecədə səhnəyə çıxmaq üçün 40 min dollar alacaq.

1news.az

 

Paylaş:
1170

Son xəbərlər

Bütün xəbərlər