Alpinistlərin axtarışı davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Alpinistlərin axtarışı davam edir

17:36 - 28 / 12 / 2017
Alpinistlərin axtarışı davam edir

Fövqəladə Hallar Nazirliyi Qubada itkin düşən alpinistlərin axtarışı ilə bağlı məlumatı yayıb.

Nazirlikdən 1news.az-a verilən məlumatda deyilir ki, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.

1news.az

 

 

Paylaş:
957

Son xəbərlər

Bütün xəbərlər