Azərbaycanda 40 günlük uşaq satışa çıxarıldı - TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 40 günlük uşaq satışa çıxarıldı - TƏFƏRRÜAT

09:00 - 28 / 12 / 2017
Azərbaycanda 40 günlük uşaq satışa çıxarıldı - TƏFƏRRÜAT

Azərbaycanda 40 günlük uşağın satışa çıxarılması barədə “qarabazar.az” saytında elan yerləşdirilib.

1news.az xəbər verir ki, elan uşağın atası Orxan tərəfindən verilib.

O, uşağa baxa bilmədiyini üçün körpəni 10 min dollara satdığını yazıb.

"Körpə oğlan uşağıdır, sağlamdır. Övladı olmayanlara verirəm, razılaşma yolu ilə".

Uşağını satışa çıxaran şəxs elanda öz əlaqə nömrəsini də yerləşdirib.  Uşağın atası ilə əlaqə saxlanılan zaman o, bunu imkansızlıqdan etdiyini bildirib. Əlavə edib ki,  Suraxanı rayonu ərazisində kirayədə yaşayır və işsiz lduğu üçün ailəsinə baxa bilmir: " Tezliklə ikinci uşağım da olacaq. Ona görə bunu satmaq qərarına gəlmişik. Mən də, anası da sağlam adamlarıq. Uşaq normal doğulub, səhhətində problem yoxdur".

Qarabazar.az saytının administratoru Məhyəddin Loğmanov Lent.az-a açıqlamasında bildirib ki, onların bu elandan xəbərləri yoxdur. “Biz sayta yerləşdirilən bütün elanlara nəzarət edirik. Lakin bu elan nəzərimizdən qaçıb".

Qeyd edək ki, Bakıda yeni doğulmuş uşağın satışa çıxarılması hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az-ın əməkdaşı 40 günlük oğlan uşağının satışa çıxarılması hadisəsini araşdırmaq üçün ailənin kirayə yaşadığı Hövsan qəsəbəsinə gedib. Övladını daha əvvəl satmaq istədiyini deyən Orxan adlı şəxs əməkdaşımıza fikrindən daşındığını və bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib. O qeyd edib ki, 24 yaşı var və əslən Tovuz rayonundandır, uşağını da imkansızlıq səbəbindən satmaq istəyirmiş:

"Neçə vaxtdır ailə qurmuşam, kirayə yaşayıram. Amma iş tapa bilmirəm. Boyum balaca olduğu üçün mühafizə işinə götürmürlər, marketlərə yazdığım cv-lərə də cavab vermirlər. Ona görə çıxılmaz vəziyyətdə qalmışdım, evdə yemək, pampers qurtarmışdı, başımı itirmişdim. Bilmirdim nə edim, ona görə də belə bir fikir ağlıma gəldi".

Soyadını açıqlamaq istəməyən gənc əlavə edib ki, məsələ ictimailəşəndən sonra yaxın dostu ona kömək edəcəyinə söz verib: "Bir dostum var, tez gəldi, mənə sillə vurdu. Dedi, sənin başın xarab olub? Səni tuta bilərlər. Ev sahibini çağırıb kirayə pulumu verdi. Mən də tutduğum əməldən peşman oldum, indi internet-kluba gedirəm, elanı çıxardacağam".

 Övladını satışa çıxaran Orxan əlavə edib ki, həmin dostu ona avtoyuma məntəqəsində fəhləlik işi təklif edib və sabahdan maşın yuyub pul qazanacaq: "Mənim gündəlik qazancım olsa, evə çörək apara bilsəm, heç vaxt belə bir iş tutmazdım".

 Qeyd edək ki, uşağın satılması ilə bağlı xəbər yayılandan sonra həmin elan saytı bir neçə dəqiqəlik fəaliyyətini dayandırıb. Axşam saatlarında isə uşaqla bağlı elan saytdan yığışdırılıb. 

1news.az

Paylaş:
1243

Son xəbərlər

STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür”Bu gün, 12:3927 dərəcə isti olacaq, yağış yağacaq - Sabahın havasıBu gün, 12:37İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİBBu gün, 12:31Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilirBu gün, 12:29DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 12:24Sevinc Həsənovaya Nazirlər Kabinetində vəzifə verildiBu gün, 12:14Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıbBu gün, 12:12Vüqar Rəhimzadə: Azərbaycana qarşı ideoloji təxribatların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanırBu gün, 11:56Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:21DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.Bu gün, 10:58“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - NazirBu gün, 10:46“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”Bu gün, 10:43Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdırBu gün, 10:29İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edibBu gün, 10:24Qızılın qiyməti 2 700 dollara yaxınlaşırBu gün, 10:15Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcəkBu gün, 10:00Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”Bu gün, 09:48
Bütün xəbərlər