“Kəpəz” braziliyalı və ingilis futbolçu gətirir
“Kəpəz” qış fasiləsində heyətinə daha 4 yeni futbolçu qatmağa yaxındı.
1news.az Apasport.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi Samir Zərgərov və Murad Səttarlıdan sonra danışıq apardığı legionerlərlə də razılığa gəlmək üzrədi.
Bunu əməkdaşımızla söhbətində komandanın baş məşqçisi Yunis Hüseynov da təsdiqləyib. O bildirib ki, hər 4 legionerlə danışıqların müsbət nəticələnəcəyi gözlənilir. Hüseynov həmin futbolçuların adlarını açıqlamasa da, birinin qapıçı, birinin hücumçu, ikisinin isə yarımmüdafiəçi olduğunu bildirib.
“Kəpəz”lə müqavilə imzalayacaq legionerlərdən ikisi braziliyalı, digərləri isə ukraynalı və ingilisdi.
Qeyd edək ki, qış fasiləsində hələlik Samba Diallo, Mansur Aladji və Viktor Oseqeyllə yolları ayırıb.
1news.az