“Chrysler” 19 mindən çox avtomobili geri çağırır | 1news.az | Xəbərlər
Dünya

“Chrysler” 19 mindən çox avtomobili geri çağırır

23:35 - 28 / 12 / 2017
“Chrysler” 19 mindən çox avtomobili geri çağırır

ABŞ-ın avtomobil istehsalçısı “Chrysler” Çin bazarından 19 min 572 avtomobili təhlükəsizlik yastıqlarındakı nasazlıq səbəbi ilə əlaqədar geri çağırmağa başlayıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası məlumat yayıb. Bildirilib ki, geri çağırılan avtomobillər Yaponiyanın “Takata” şirkəti tərəfindən istehsal olunmuş nasaz təhlükəsizlik yastıqları ilə təchiz olunub. Müəyyən olunub ki, təhlükəsizlik yastıqları düzgün açılmaya və hətta açılarkən avtomobilin ön sırasında əyləşən sərnişini ölümcül yaralaya bilər.

Geri çağırılan avtomobillər 2004-2012-cü illərdə Çinə idxal edilmiş “Jeep Wrangler” və “Chrysler 300C” modelləridir. Qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.

Qeyd edək ki, “Chrysler” şirkəti 1925-ci ildə “Maxwell Motor”un yenidən təşkil edilməsi əsasında ABŞ-da yaranıb. “Chrysler” “SRT”, “RAM”, “Dodge” və “Jeep” brendi altında avtomobil istehsal edən şirkətin səhmlərinə 2014-cü ildən İtaliyanın “Fiat” korporasiyası nəzarət edir.

1news.az

Paylaş:
632

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər