Əfqanıstanda məktəb yaxınlığında partlayış olub: 7 şagird ölüb, 99 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanda məktəb yaxınlığında partlayış olub: 7 şagird ölüb, 99 nəfər yaralanıb

1news Redaksiyası15:46 - Bu gün
Əfqanıstanda məktəb yaxınlığında partlayış olub: 7 şagird ölüb, 99 nəfər yaralanıb

Əfqanıstanın Kunar vilayətində məktəb yaxınlığında baş verən partlayış nəticəsində 7 şagird ölüb, 99 nəfərə qədər insan yaralanıb.

1news.az xəbər verir ki, bu barədə “Reuters” Talibanın Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qaninin açıqlamasına istinadən məlumat yayıb.

İlkin məlumata görə, partlayış məktəbin yaxınlığında yerləşən, mədən şirkətlərinə məxsus partlayıcı maddələrin saxlanıldığı anbarda baş verib.

Hadisə Kunar vilayətinin Əsədabad rayonunun Andarsir ərazisində qeydə alınıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş:
31

Son xəbərlər

Bütün xəbərlər