Əlillərin təhsil haqqından azad edilməsi təklif olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlillərin təhsil haqqından azad edilməsi təklif olunur

13:49 - 29 / 12 / 2017
Əlillərin təhsil haqqından azad edilməsi təklif olunur

Milli Məclisin bu gün keçirilən iclasında ödənişli ali təhsil alan əlillərin təhsil haqqından azad edilməsi təklif edilib.

1news.az-ın məlumatına görə, millət vəkili Q. Paşayeva bildirib ki, ötən gün qarşıdan gələn bayramlar münasibət ilə bir qrup fiziki imkanları məhdud şəxslərlə onlar üçün keçirilən bayram tədbirində görüşü zamanı orda iştirak edən və ödənişli ali təhsil alan fiziki imkanları məhdud gənclər və əlillərin hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan təşkilatların rəsmiləri Milli Məclisdən ödənişli ali təhsil alan əlillərin ödənişli ali təhsildən azad edilməsini xahiş və təklif ediblər.

Millət vəkili bildirib ki, onların bu xahiş və təklifini səsləndirməklə yaxın zamanlarda bu məsələyə baxılmasını xahiş edir. Fiziki imkanları məhdud gənclərimiz Milli Məclisdə bu məsələyə qısa zamanda baxılmasını və onların ödənişli ali təhsildən azad olunması  məsələsinin qısa zamanda öz həllini tapmasını gözləyirlər və bu onlar üçün çox böyük dəstək olar.

 “Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqının ödənişi dövlət vəsaiti hesabına həyata keçirilsin. Çünki onlar üçün bu vəsaiti ödəmək çox çətindir. Ona görə də əlillərin ödənişli ali təhsildən azad edilməsi sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı”, - deyə millət vəkili bildirib.

1news.az

Paylaş:
736

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər