Bayram günləri avtobuslar gecə saat 01:00-ə qədər işləyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günləri avtobuslar gecə saat 01:00-ə qədər işləyəcək

15:04 - 29 / 12 / 2017
Bayram günləri avtobuslar gecə saat 01:00-ə qədər işləyəcək

Bakı Nəqliyyat Agentliyi(BNA) bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

1news.az-a BNA-dan verilən məlumata görə,   sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.

BNA-nın göstərişinə əsasən bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar 31.12.2017; 01.01.2018; 02.01.2018-cı il tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək.

1news.az  

Paylaş:
701

Son xəbərlər

Bütün xəbərlər