2018-ci ildə Mərkəzi Bank çevik məzənnə rejimi saxlayacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

2018-ci ildə Mərkəzi Bank çevik məzənnə rejimi saxlayacaq

09:20 - 29 / 12 / 2017
2018-ci ildə Mərkəzi Bank çevik məzənnə rejimi saxlayacaq

Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimi saxlayacaqdır.

1news.az xəbər verir ki, bu barədə  Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədi ilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər.

Ümumilikdə qiymətləndirilmələr göstərir ki, proqnozlaşdırılan tədiyyə balansı və Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transferlərin həcmi 2018-ci ildə valyuta bazarını əhəmiyyətli təmin etməlidir.Manatın məzənnəsinin ümumi trendini məhz bu fundamental makroiqtisadi amillər formalaşdırır.Valyuta bazarının uzunmüddətli sabitliyi üçün tədbiq edilən valyuta nəzarətinin optimallaşdırıması da mühüm əhəmmiyətə malikdir.

Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Mərkəzi Bank 2018-ci ildə konservativ pul siyasətini davam etdirəcəkdir.Bunun üçün Mərkəzi bank adekvat monetar şəraitin formalaşmasını təmin edəcəkdir.

Faiz dəhlizin parametrləri iqtisadi tsikl göstəriciləri , inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdiriləcəkdir.Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcəkdir.

1news.az

 

Paylaş:
1111

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər