Dənizkənarı Milli Parkda uşaqlar üçün “Qış nağılı” əyləncəli festival təşkil ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizkənarı Milli Parkda uşaqlar üçün “Qış nağılı” əyləncəli festival təşkil ediləcək

21:42 - 29 / 12 / 2017
Dənizkənarı Milli Parkda uşaqlar üçün “Qış nağılı” əyləncəli festival təşkil ediləcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 30-dan 2018-ci il yanvarın 3-dək Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Gənclər İttifaqı Bakı sakinləri və paytaxtımızın qonaqları olan uşaqlar üçün “Qış nağılı” əyləncəli festival təşkil edəcək.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri Elmir Bağırov məlumat verib.

Aparat rəhbərinin sözlərinə görə, “Qış nağılı” əyləncəli festival çərçivəsində hər gün Bakı Dənizkənarı Milli Parkda uşaqlar üçün müxtəlif uşaq kollektivləri, rəqs ansamblları, teatr tamaşaları nümayiş olunacaq, əyləncəli viktorinalar keçiriləcək. Əyləncəli proqram çərçivəsində Uşaq və Karlson, Maşa və Ayı öz sərgüzəştləri, Şaxta Baba və Qar qız uşaqlara xoş əhval-ruhiyyə bəxş edəcək, müxtəlif oyunlar təşkil olunacaq.

Qeyd edək ki, şənliklər Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən meydançada təşkil olunacaq. Giriş hər kəs üçün sərbəstdir.

1news.az

Paylaş:
971

Son xəbərlər

STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür”Bu gün, 12:3927 dərəcə isti olacaq, yağış yağacaq - Sabahın havasıBu gün, 12:37İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİBBu gün, 12:31Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilirBu gün, 12:29DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 12:24Sevinc Həsənovaya Nazirlər Kabinetində vəzifə verildiBu gün, 12:14Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıbBu gün, 12:12Vüqar Rəhimzadə: Azərbaycana qarşı ideoloji təxribatların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanırBu gün, 11:56Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:21DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.Bu gün, 10:58“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - NazirBu gün, 10:46“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”Bu gün, 10:43Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdırBu gün, 10:29İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edibBu gün, 10:24Qızılın qiyməti 2 700 dollara yaxınlaşırBu gün, 10:15Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcəkBu gün, 10:00Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”Bu gün, 09:48
Bütün xəbərlər