Axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 117 cinayət faktından 20-nin üstü “isti izlər”lə açılıb.
1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, axtarışda olduğuna görə 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli doqquz fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
S.Xankişiyeva
618