Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçirilib – FOTO

13:40 - 30 / 12 / 2017
Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçirilib – FOTO

Mədəniyyət və Truizm Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçirilib.

1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, konsert proqramı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, “ASAN xidmət”in 5, ASAN Radionun isə 2 yaşına həsr olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, 5 il əvvəl, yəni 2012-ci il dekabrın 29-da Respublikamızda dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatların tərkib hissəsi olaraq, Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzinin açılışı baş tutub.

Fəaliyyətə başladığı ilk gündən operativlik, şəffaflıq, rahatlıq, nəzakətlik, innovativlik prinisiplərini rəhbər tutan 5 illik fəaliyyətin nəticəsi olaraq “ASAN xidmət” söz birləşməsi qeyd olunan prinsiplərin sinoniminə çevrilib, vətəndaşların etimadını və rəğbətini qazanıb.

İnam Kərimov həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasan hər il dekabrın 29-u “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd ediləcək.

Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Prezident İlham Əliyevin dekabr ayının 7-də Quba rayonuna səfəri zaman Quba “ASAN həyat” kompleksinin açılışında iştirak etdiyini və bunun prezidentin Quba sakinlərinə diqqət və qayğısının təcəssümü olduğunu bildirib. Ziyəddin Əliyev həmçinin sakinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Daha sonra Quba rayonun ictimai həyatında fəal iştirak edən gənclər diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılıb.

Sonra tədbir “ASANla röyalarınız gerçəkləşir” şüarı altında əməkdar artist Röyanın səhnədə bir – birindən möhtəşəm ifaları ilə davam etdirilib.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1033

Son xəbərlər

STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür”Bu gün, 12:3927 dərəcə isti olacaq, yağış yağacaq - Sabahın havasıBu gün, 12:37İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİBBu gün, 12:31Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilirBu gün, 12:29DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 12:24Sevinc Həsənovaya Nazirlər Kabinetində vəzifə verildiBu gün, 12:14Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıbBu gün, 12:12Vüqar Rəhimzadə: Azərbaycana qarşı ideoloji təxribatların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanırBu gün, 11:56Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:21DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.Bu gün, 10:58“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - NazirBu gün, 10:46“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”Bu gün, 10:43Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdırBu gün, 10:29İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edibBu gün, 10:24Qızılın qiyməti 2 700 dollara yaxınlaşırBu gün, 10:15Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcəkBu gün, 10:00Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”Bu gün, 09:48
Bütün xəbərlər