KİV: İranda keçirilən etiraz aksiyalarında 2 nəfər öldürülüb
İranda keçirilən etiraz aksiyalarında 2 nəfər öldürülüb.
1news.az-ın Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə Associated Press agentliyi məlumat yayıb.
İran Dövlət Televiziyasına açıqlama verən bir İran rəsmisi ölən iki nəfərin İran polisi deyil, xarici agentlər tərəfindən öldürüldüyünü bildirib.
İran daxili işlər naziri Abdülrahman Rahmani Fazli aksiyaçıların şəhərlərə qorxu, şiddət və terror yaydıqlarını və onlara sərt cavab veriləcəyini bildirib.
S.Xankişiyeva
968