Çexiyanın Azərbaycandakı səfiri postunu tərk edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Çexiyanın Azərbaycandakı səfiri postunu tərk edir

16:50 - 31 / 12 / 2017
Çexiyanın Azərbaycandakı səfiri postunu tərk edir

Vitezslav Pivonkanın Çexiyanın Rusiyada səfiri təyin olunacağı gözlənilir

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Çexiyanın ilk kosmonavtı, SSRİ və Çexoslovakiya qəhrəmanı Vladimir Remek Çexiyanın Rusiyadakı səfiri postunu tərk edir.

Bu barədə bu gün CTK agentliyi məlumat yayıb.

Gələn il 70 yaşı tamam olacaq V. Remek vətənində ailəsi ilə daha çox vaxt keçirmək üçün öz təşəbbüsü ilə səfir postundan gedir. V. Remeki Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonkanın əvəzləyəcəyi gözlənilir. V. Pivonka 2014-cü ildən Çexiyanın Azərbaycandakı səfiridir və tezliklə Bakıdan Moskvaya gəlməlidir.

S.Xankişiyeva

 

Paylaş:
1248

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər