Bakıda 7, Qazaxda 5 otaqlı evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 7, Qazaxda 5 otaqlı evdə yanğın olub

16:32 - 01 / 01 / 2018
Bakıda 7, Qazaxda 5 otaqlı evdə yanğın olub

Bakıda və Qazaxda yerləşən evlərdə güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli, 7 otaqlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m2 sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Qazax rayonu, Çaylı kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli, 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 24 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
916

Son xəbərlər

Bütün xəbərlər