İranda etiraz aksiyaları nəticəsində ölənlərin sayı 20-ni ötüb | 1news.az | Xəbərlər
Dünya

İranda etiraz aksiyaları nəticəsində ölənlərin sayı 20-ni ötüb

16:13 - 02 / 01 / 2018
İranda etiraz aksiyaları nəticəsində ölənlərin sayı 20-ni ötüb

İranda davam edən kütləvi etiraz aksiyaları nəticəsində ölənləri sayı artıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, kütləvi aksiyalar nəticəsində 23 nəfər ölüb, 500-dən çox adam saxlanılıb.

Tehran qubernator müavini Əli Əsğər Nasirbaht açıqlamasında 450 nəfərin saxlanıldığını bildirib.

Qeyd edək ki, dekabrın 28-də Məşhəddə başlayan aksiyaların iştirakçıları qiymətlərin artırılmasına etiraz edirlər. Ölkə rəsmiləri İran hökumətinin ölkə vətəndaşlarının ehtiyac və problemlərini həll etmək üçün əlindən gələni etdiyini və edəcəyini açıqlayıblar.

1news.az

Paylaş:
918

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər