Ərdoğan və Ruhani arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan və Ruhani arasında telefon danışığı olub

14:26 - 03 / 01 / 2018
Ərdoğan və Ruhani arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. 

1news.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı İranda ötən dekabrın 28-dən bu yana baş verən hadisələr müzakirə edilib.

Ərdoğan ölkəsinin İranda sülhün və sabitliyin qorunub saxlanmasına önəm verdiyini deyib. 

Türkiyə prezidenti  Ruhaninin xalqın etiraz aksiyaları keçirmək hüququndan istifadə edərkən qanunları pozmamalarına dair açıqlamasını təqdir edir. 

Həsən Ruhani dekabrın 28-dən davam edən etiraz aksiyalarının bir neçə günə başa çatacağına ümid etdiyini diqqətə çatdırıb. 

1news.az

Paylaş:
877

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər